4 C
Baku
6 Dekabr 2022, 13:51
Baş xəbər

FHN-nin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bugün.tv məlumat verir ki,  5 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Akademiyada işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi olub. Gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli surətdə and içib və andiçmənin yazılı mətnini imzalayıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağının pedaqoji heyətini əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin nüfuzundan söz açan B.Salayev bildirib ki, müəllim hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan rəis B.Salayev müəllim əməyinin əhəmiyyətindən danışıb, möhtərəm Prezident İlham Əliyevin də Ulu Öndərin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Sonda bir qrup professor və müəllim təhsil sahəsində uğurlu fəaliyyətlərinə görə Beynəlxalq Müəllimlər Günü münasibətilə FHN-in Akademiyasının rəhbərliyi tərəfindən fəxri fərman ilə təltif olunub.

Oxşar xəbərlər

Şəhidlər ölməz, vətən bölünməz!

Aynur Camal

Xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində Azərbaycan əsgəri ölüb

Könül Kərimova

Bakıda soyğunçuluq edən şəxslər saxlanılıblar

Nigar Məmmədova