25 C
Baku
19 Sentyabr 2026, 19:29
İdman

FIFA nifrət nitqinə qarşı tədbirləri gücləndirir

Bugun.tv xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) ABŞ-ın Atlanta şəhərində futbolda nifrət nitqi və onlayn zorakılıqla mübarizəyə həsr olunmuş xüsusi tədbir keçirib. Tədbirdə idmançıların, məşqçilərin və azarkeşlərin sosial şəbəkələrdə təhqir və ayrı-seçkilik xarakterli paylaşımlardan qorunması istiqamətində görülən işlər müzakirə olunub.

Reuters agentliyinin məlumatına görə, FIFA nümayəndələri təşkilatın sosial media monitorinq xidməti haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, xidmət fəaliyyətə başladığı vaxtdan indiyədək müxtəlif platformalarda yayımlanan 250 milyondan çox paylaşımı təhlil edib. Aparılan monitorinqlər nəticəsində 30 milyondan artıq zərərli və təhqiredici məzmun müəyyən olunaraq aidiyyəti platformalara bildirilib.

FIFA rəsmilərinin sözlərinə görə, 2026-cı il Dünya Kuboku zamanı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 388 min nifrət nitqi və təhqir xarakterli paylaşım silinib. Qurum qeyd edib ki, gələcəkdə süni intellekt texnologiyalarından daha geniş istifadə olunacaq və sosial şəbəkə şirkətləri ilə əməkdaşlıq gücləndiriləcək.

FIFA hesab edir ki, futbolun birləşdirici gücünü qorumaq üçün internet məkanında irqçilik, ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə prioritet istiqamətlərdən biri olaraq qalmalıdır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Manchester derbisində hakim səhvi rəsmən etiraf edildi

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu