Baş xəbərMədəniyyət

Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə keçiriləcək

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur.

Bugün.tv TÜRKSOY-a istinadən xəbər verir ki, bu münasibətlə Oktyabrın 9-da Türkiyənin paytaxtı Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Qeyd edək ki, konsert “Başkent Kültür Yolu Festivalı” festivalı çərçivəsində təşkil olunacaq. Tədbirdə Çukurova adına Dövlət Simfonik Orkestri çıxış edəcək.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu