Filippində tropik qasırğanın yaratdığı sel və torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatını itirib.
Dünən Filippinin paytaxtı Manilanın cənubundakı Bikol bölgəsini təsir etməyə başlayan “Yagi” tropik fırtınası bir çox bölgədə həyata mənfi təsir edib. Fırtınanın yaratdığı leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Manila boyunca məktəblər və dövlət idarələri bağlanarkən, təsirlənmiş ərazilərdə bərə xidmətləri dayandırıldı və 29 daxili reys ləğv edildi.
Səlahiyyətlilərdən verilən açıqlamada paytaxt yaxınlığındakı Antipolo şəhərində baş verən sürüşmə nəticəsində biri hamilə qadın olmaqla 3 nəfərin öldüyü bildirilib. Şəhərin 3 fərqli bölgəsində dərələrin daşması nəticəsində 4 nəfərin boğularaq öldüyü bildirilərkən, Naqa şəhərində küçələrdə 1 nəfərin elektrik cərəyanı vurması, qızın isə boğularaq öldüyü açıqlanıb. Həmçinin prospektləri su basıb. Ötən gün Sebu şəhərində baş verən iki torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 5 evə ziyan dəyib.
Meteoroloqlar tropik qasırğanın ölkənin şimalına doğru irəlilədiyini açıqlayıb və əhalini diqqətli olmağa çağırıb.
Mənbə: Haber Global