20 C
Baku
21 Sentyabr 2024, 4:16
Baş xəbərDünya

Filippində tropik qasırğa: 11 nəfər ölüb

Filippində tropik qasırğanın yaratdığı sel və torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatını itirib.

Dünən Filippinin paytaxtı Manilanın cənubundakı Bikol bölgəsini təsir etməyə başlayan “Yagi” tropik fırtınası bir çox bölgədə həyata mənfi təsir edib. Fırtınanın yaratdığı leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Manila boyunca məktəblər və dövlət idarələri bağlanarkən, təsirlənmiş ərazilərdə bərə xidmətləri dayandırıldı və 29 daxili reys ləğv edildi.

Səlahiyyətlilərdən verilən açıqlamada paytaxt yaxınlığındakı Antipolo şəhərində baş verən sürüşmə nəticəsində biri hamilə qadın olmaqla 3 nəfərin öldüyü bildirilib. Şəhərin 3 fərqli bölgəsində dərələrin daşması nəticəsində 4 nəfərin boğularaq öldüyü bildirilərkən, Naqa şəhərində küçələrdə 1 nəfərin elektrik cərəyanı vurması, qızın isə boğularaq öldüyü açıqlanıb. Həmçinin prospektləri su basıb. Ötən gün Sebu şəhərində baş verən iki torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 5 evə ziyan dəyib.

Meteoroloqlar tropik qasırğanın ölkənin şimalına doğru irəlilədiyini açıqlayıb və əhalini diqqətli olmağa çağırıb.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanıldı

Aynur Camal

Duman təsiredici oldu

İntizar Əmirova

İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu