12 C
Baku
14 Fevral 2026, 1:32
Maraqlı faktlar

Fillərin xortumundakı “bığ” hissetmə duyğusunda əsas rol oynayır

fillər, fil xortumu, fil bığı, toxunma duyusu, Max Planck İnstitutu, Science jurnalı, fil xortumundakı tüklər, heyvanların hissiyyatı, toxunma mexanizmi, robot sensorları, biomimetika, fil araşdırması, elmi tədqiqat, heyvan davranışı

Alimlər fillərin xortumunda pişik bığına bənzəyən xüsusi tüklərin heyvanın toxunma duyusunu gücləndirdiyini və sosial ünsiyyətdə mühüm funksiyaya malik olduğunu aşkarlayıblar.

Bugun.tv xəbər verir ki, Almaniyada Max Planck Ağıllı Sistemlər İnstitutunun rəhbərliyi ilə aparılan araşdırma zamanı fillərin xortumunun xüsusilə uc hissəsində sıx yerləşən və sayı təxminən 1000-ə çatan tüklərin görünüşcə pişik və ya siçan bığına bənzəsə də, struktur baxımından fərqli olduğu müəyyən edilib.

Tədqiqat nəticələrinə görə, bu xüsusi tüklər fillərin qalın dərisinə və zəif görmə qabiliyyətinə baxmayaraq ətraf mühiti yüksək dəqiqliklə hiss etməsinə imkan yaradır. Məhz bu tüklərin köməyi ilə fillər əşyaları daha kontrollu şəkildə tuta bilir və obyektləri zərər vermədən qavraya bilirlər.

Araşdırmada bildirilib ki, tüklər toxunma zamanı titrləmə (vibrasiya) yaradır və bu titrəmələr xortumdakı sinir hüceyrələri tərəfindən qəbul edilir. Bu mexanizm sayəsində fillər qidaları əzmədən tutmaqla yanaşı, digər fillərlə ünsiyyət qurur və sosial qarşılıqlı əlaqələrini gücləndirirlər.

Alimlər fillərin bu həssas toxunma qabiliyyətindən ilhamlanaraq gələcəkdə robot texnologiyasında yeni toxunma sensorları hazırlamağı planlaşdırdıqlarını açıqlayıblar.

Araşdırmanın detalları “Science” jurnalında dərc olunub.

Mənbə: TRT Haber

 

Aynur Camal

Oxşar xəbərlər

NASA Crew‑12 buraxılışı hava şəraiti səbəbindən gecikir

Aynur Camal

Barselonada “ghost kitchen” və “dark store”‑lara məhdudiyyət – yeni şəhər qaydası qəbul edildi

Aynur Camal

Bilirdinizmi? Dünyadan ən qəribə və maraqlı faktlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu