fillər, fil xortumu, fil bığı, toxunma duyusu, Max Planck İnstitutu, Science jurnalı, fil xortumundakı tüklər, heyvanların hissiyyatı, toxunma mexanizmi, robot sensorları, biomimetika, fil araşdırması, elmi tədqiqat, heyvan davranışı
Maraqlı faktlar

Fillərin xortumundakı “bığ” hissetmə duyğusunda əsas rol oynayır

Alimlər fillərin xortumunda pişik bığına bənzəyən xüsusi tüklərin heyvanın toxunma duyusunu gücləndirdiyini və sosial ünsiyyətdə mühüm funksiyaya malik olduğunu aşkarlayıblar.

Bugun.tv xəbər verir ki, Almaniyada Max Planck Ağıllı Sistemlər İnstitutunun rəhbərliyi ilə aparılan araşdırma zamanı fillərin xortumunun xüsusilə uc hissəsində sıx yerləşən və sayı təxminən 1000-ə çatan tüklərin görünüşcə pişik və ya siçan bığına bənzəsə də, struktur baxımından fərqli olduğu müəyyən edilib.

Tədqiqat nəticələrinə görə, bu xüsusi tüklər fillərin qalın dərisinə və zəif görmə qabiliyyətinə baxmayaraq ətraf mühiti yüksək dəqiqliklə hiss etməsinə imkan yaradır. Məhz bu tüklərin köməyi ilə fillər əşyaları daha kontrollu şəkildə tuta bilir və obyektləri zərər vermədən qavraya bilirlər.

Araşdırmada bildirilib ki, tüklər toxunma zamanı titrləmə (vibrasiya) yaradır və bu titrəmələr xortumdakı sinir hüceyrələri tərəfindən qəbul edilir. Bu mexanizm sayəsində fillər qidaları əzmədən tutmaqla yanaşı, digər fillərlə ünsiyyət qurur və sosial qarşılıqlı əlaqələrini gücləndirirlər.

Alimlər fillərin bu həssas toxunma qabiliyyətindən ilhamlanaraq gələcəkdə robot texnologiyasında yeni toxunma sensorları hazırlamağı planlaşdırdıqlarını açıqlayıblar.

Araşdırmanın detalları “Science” jurnalında dərc olunub.

Mənbə: TRT Haber

 

Aynur Camal

Oxşar xəbərlər

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

 62 milyon illik “daşlaşmış akvarium” aşkar etdilər

Aynur Camal

Süd Yolu 11,8 milyard il əvvəl başqa qalaktikanı “udub”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu