15 C
Baku
9 Noyabr 2025, 23:01
Baş xəbərDünya

Finlandiya Qəzzada 15 tibb işçisinin öldürülməsini pislədi

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi hücumlarda Fələstin Qızıl Aypara və UNRWA-da çalışan 15 tibb işçisinin öldürülməsinə reaksiyalar davam edir.

Həmçinin Finlandiya hökuməti hücumla bağlı qınama mesajı yayıb.

Finlandiya Xarici İşlər Nazirliyi X sosial media hesabında İsrailin son hücumları ilə bağlı açıqlama yayıb.

Bəyanatda Qəzzada Fələstin Qızıl Aypara işçiləri, mülki müdafiə işçiləri və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) əməkdaşlarının qətlə yetirilməsi şiddətlə pislənilib.

Bəyanatda humanitar yardım işçilərinə qarşı hücumların beynəlxalq humanitar hüquq çərçivəsində açıq şəkildə qadağan edildiyi bildirilib və hadisənin araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi tələb edilib.

Qəzzanın cənubundakı Rəfahda İsrail ordusu tərəfindən öldürülən 8 səhiyyə işçisi, 6 mülki müdafiə işçisi və 1 UNRWA əməkdaşının cəsədi tapılıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Sakaryada səs-küy döyüşü: 1 ölü

İntizar Əmirova

Son xəbərlər… Kosmosda qapalı qalan astronavtların Yerə dönüş səyahəti başladı

Aynur Camal

İsrail ordusu Qəzza zolağındakı əl-Zeytun məhəlləsindən çəkildiyini açıqlayıb

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu