Finlandiya polisi Helsinki ilə Estoniyanın paytaxtı Tallinn arasında uzanan sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinərək Rusiyadan gələn bir yük gəmisini müsadirə edib.
Əməliyyat nəticəsində Sent Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburq” adlı gəminin 14 heyət üzvü saxlanılıb.
Sankt-Peterburqdan yola düşən və Hayfaya gedən 132 metr uzunluğundakı gəmi Finlandiya Sahil Mühafizəsi tərəfindən saxlanılıb və Kirkkonummi yaxınlığındakı Kantvik Limanına yedəklənib.
Mənbə: İlkha
