28 C
Baku
20 İyul 2025, 23:07
Baş xəbərDünya

Fleytada ifa etməyi bacaran altı məşhur

Tanınmışlardan kim fleytada ifa etməyi bacarır?

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, tanınmış fleytaçalanlar arasında məşhur aktyorlar, musiqiçilər və reperlərin olması üzə çıxıb.

Holli Berri

“Pişik qadınlar”ın ulduzu Holli Berri özünün geniş aktyor karyerası ilə məşhurdur. O, 2002-ci ildə “Monstrların balı” filmində ən yaxşı qadın roluna görə “Oskar” mükafatını qazanıb. “Mən fleytada çalmağı bacarıram! Yuxarı siniflərdə ifa etmişəm”, – deyə Holli Berri təsdiqləyir.

Qven Stefani

Qven Stefaninin sözlərinə görə, o, səkkizinci sinifdə oxuyanda fleytada çalırdı. “No Doubt”un vokalçısı bildirir ki, məktəbdə fleytada və pikkoloda ifa etmək ona çox çətin idi. Müğənni bu barədə deyib: “Gitarada ifa etməyi öyrəndim. Bu, mahnı yazmağa kifayət edirdi. Mən gitarada “Simple Kind of Life” adlı mahnı bəstələdim. Bu, mənim nə vaxtsa tam müstəqil yazdığım yeganə mahnıdır”.

André 3000

Reper André 3000 musiqi sənayesindən 10 ildən çoxdur ki, aralanıb. Onun “OutKast” duet rep-qrupunda karyerası məhsuldar olub. O, “Grammy”ni özünün qanqstersayağı, cənub stlində olan repi ilə qazanıb. Lakin “OutKast” ətrafında yaranan səs-küydən sonra André 3000 səhnədən uzaqlaşdı, onu təsadüfi yerlərdə əlində fleyta görmək olardı. Lakin reper uzun illərdən sonra yenə də diqqət mərkəzindədir. O, ötən illəri fleytada ifa etməyi öyrənməklə, səyahətlərlə, musiqi layihələrində iştirakla yadda saxlayıb. Musiqiçi “New Blue Sun” adlı ilk solo albomuna sidr ağacından olan alətdə repsiz ifasını daxil edib.

Tina Fey

Tina Fey amerikalı aktrisa, ssenarist, prodüser və yazıçıdır, doqquz “Emmy”, iki “Qızıl qlobus” mükafatına və ABŞ Kinoaktyorlar Gildiyasının beş mükafatına layiq görülüb. Daha çox özünün “30 Rock” və “Saturday Night Live” şouları ilə məşhur olan Fey, həm də qeyri-peşəkar fleytaçıdır. Tina orta məktəbdə oxuyanda bir il fleytada ifa edib, karyerasında bir-iki dəfə fleyta ilə görüntülənib.

Fey bu barədə deyir: “Sonuncu dəfə fleytanı “Şənbə günü birbaşa efirdə” Sara Peylini canlandıranda əlimə götürmüşəm. Məndən soruşdular ki, fleytada nə isə ifa edə bilirəm? Mən cavab verdim ki, “The Hustle”ni çala bilərəm. Tina Fey, həmçinin “American Express”in reklamında fleytada ifa edib.

Kenny G

Musiqiçi Kenny G “smooth jazz” stilində özünün geniş saksofonçu, bəstəkar və prodüser karyerası ilə tanınıb. O, cəmi 10 yaşı olanda saksofonda ifa etməyə başlayıb.

Artist 1970-ci illərdə fleytada və saksofonda Sietlin “Cold, Bold & Together” fank-qrupunda çalıb. Musiqiçinin “Breathless” adlı altıncı albomu bütün dünyada ən çox satılan (15 milyon nüsxə) instrumental albom adını qazanıb.

Lizzo

Lizzo pop-mədəniyyətdə ən tanınmış fleyta çalandır. 2019-cu ildə “Truth Hurts” hiti ilə səhnədə gurultulu çıxışından bəri müğənni-reper-fleytaçı heç vaxt fleytasız çıxış etmir.

İfaçı 10 yaşından başlayaraq, səkkiz il ərzində fleyta üzrə klassik təhsil alıb. O, fleytanı əksər hallarda öz musiqisinə əlavə edir, hətta onun şəxsi fleytasının – “Sasha Flute”in instaqramda səhifəsi var.

Lizza ötən il Vaşinqtonda (Kolumbiya dairəsi) ona müvəqqəti Konqres Kitabxanası tərəfindən verilən 200 yaşı olan büllur fleytada ifasıyla qəzetlərin ön səhifəsinə düşüb. Alət Prezident Ceyms Medisona 1800-cü ildə fransalı büllur fleytalar dizayneri tərəfindən onun bu vəzifədə ikinci müddəti şərəfinə hədiyyə olunub. Lizzo ilk adamdır ki, bu qədimlikdə alətdə ifa edib.

Teymur Əziz

Oxşar xəbərlər

İki dil bilənlər üçün yaxşı xəbər: heç vaxt mövcud olduğunu bilmədiyimiz bir üstünlük

Aynur Camal

Şiddətli fırtına ve sel xəbərdarlığı

Bugün TV

İtkin düşən 11 ekipajın axtarışları quru və dəniz yolu ilə davam edir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu