Baş xəbərDünya

“Toyota” kompaniyası on bir ayda rekord sayda avtomobil istehsal etdi

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” 2023-cü ilin yanvar-noyabr aylarında istehsal həcmini 11 faiz artıraraq 9,23 milyon avtomobilə çatdırıb.

Bugun.tv xəbər verir ki, kompaniyanın saytında dərc olunan məlumata görə, bundan öncəki rekord 9,05 milyon avtomobilin istehsal edildiyi 2019-cu ilə aiddir.

2023-cü ilin yanvar-noyabr aylarında “Toyota” kompaniyasının satışları 7 faiz artaraq 9,37 milyon avtomobil təşkil edib. Həmin dövr ərzində ABŞ-da satışlar 5 faiz (2,02 milyon avtomobil), Avropada 8 faiz (1,02 milyon), Yaponiyada 31 faiz (1,56 milyon) artıb. Çində isə əksinə, 1,72 milyon avtomobil satılıb ki, bu da öncəki ilin on bir ayı ilə müqayisədə 2 faiz azdır.

Eyni dövr ərzində tam elektrik mühərriki ilə çalışan “Toyota” avtomobillərinin satışı beş dəfə artaraq 95,2 minə çatıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu