Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Co Bayden yaxınlaşan İdalia qasırğasının mümkün fəsadları ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi qərarını təsdiqləyib.
Ağ Evdən edilən yazılı açıqlamada, Baydenin 27 avqust 2023-cü il tarixindən etibarən İdalia Tropik Fırtınası ilə əlaqədar fövqəladə vəziyyətlər səbəbiylə əyalət, qəbilə və yerli reaksiya səylərini dəstəkləmək üçün federal yardım əmrini təsdiqlədiyi məlumatı paylaşıldı.
“Prezidentin bu qərarı Daxili Təhlükəsizlik Departamentinin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) bütün fəlakətlərə kömək səylərini koordinasiya etmək və fövqəladə vəziyyətin yerli sakinlərə gətirdiyi sıxıntı və əziyyətləri azaltmaq üçün lazımi yardım göstərmək səlahiyyətini verir”, – deyib.
Fövqəladə vəziyyət insanların həyatını xilas etməyə, əmlakı, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumağa, Florida ştatının fırtınadan ən çox təsirlənəcək əyalətlərində fəlakət təhlükəsini azaltmağa və ya qarşısını almağa kömək edəcək.