DünyaHadisə

Floridada “İdalia” tropik qasırğası nəticəsində 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, ABŞ-ın Florida ştatında güclü yağış və daşqınlara səbəb olan “İdalia” tropik qasırğası nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Florida ştatındakı Keaton çimərliyindən sahilə çıxan “İdalia” tropik qasırğasının yaratdığı qısamüddətli tornadolar nəticəsində tərs çevrilən avtomobildə yüngül xəsarətlər olduğu bildirilir. Sürəti saatda 300 kilometrdən 96 kilometrə enən fırtına Corciya və Cənubi Karolina ştatlarına doğru irəliləyib. Tropik qasırğanın həftə sonu qurudan Atlantik okeanına dönəcəyi gözlənilir. Dünən səhər saatlarından etibarən əyalətdə 3-cü kateqoriya şiddəti ilə təsirini göstərən İdalia, davamlı külək səbəbiylə yarım milyon insanın elektrik kəsilməsinə, küçələri su basmasına, dalğa uzunluğunun 3 metrə çatmasına və uçuşların ləğvinə səbəb oldu.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Finlandiya və Norveç liderləri Putinlə Ukrayna üzrə sülh danışıqlarını müzakirə ediblər

Aynur Camal

İşsizlər işə gedirmiş kimi görünmək üçün ofis icarələyirlər

Aynur Camal

Ufa Universiteti BRICS+ ölkələrinin vahid təhsil məkanında təmsil olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu