Bugun.tv xəbər verir ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən təhlükəli insidentlə bağlı araşdırma davam edir. “The Guardian” və Reuters-in məlumatına görə, təyyarənin köməkçi pilotu əsas pilotu bıçaqlayıb və təyyarəni təhlükəyə atmağa çalışıb.
Hadisə zamanı göyərtədə 174 sərnişin olub. Hücum nəticəsində pilot Smit Machchhar ağır xəsarət alıb. Buna baxmayaraq, o, kokpitin qapısını açmağa nail olub və sərnişinlərlə ekipaj üzvlərinin müdaxiləsinə şərait yaradıb.
Bir qrup sərnişin hücum edən şəxsi zərərsizləşdirib. Təyyarənin idarə olunmasına digər pilotlar və ekipaj üzvləri kömək edib. Hadisə zamanı təyyarə təxminən 14 min fut hündürlük itirib və 30 saniyədən az müddət ərzində kəskin eniş edib.
Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz şəkildə enib. Pilotun xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin sabit olduğu bildirilib.
Sərnişinlər arasında təyyarəyə yardım edən Britaniyalı keçmiş pilotla yanaşı, santexnik Yaniv Hayun və stomatoloq Şota Musayev də olub. Onların yaralı pilota ilkin yardım göstərdiyi və hücum edən şəxsin zərərsizləşdirilməsində iştirak etdiyi qeyd edilir.
Hadisənin motivi hələlik açıqlanmayıb. “Flydubai” İsrail reyslərini araşdırma başa çatana qədər dayandırıb.
Mənbə: The Guardian
