25 C
Baku
27 İyul 2024, 6:32
DünyaTexnologiya

Forddan yeni qərar: Bu elektrikli avtomobillərin istehsalı təxirə salındı

Bugun.tv xəbər verir ki, dünyanın ən böyük avtomobil istehsalçısı olan Ford çoxdan gözlənilən elektrikli avtomobillərin satışa çıxarılmasını gecikdirir. Şirkət, təxirə salınmalardan yaranan vaxtı, batareya texnologiyalarından faydalanmaq üçün istifadə edəcəyini bildirib.

Ford, elektrikli üç sıra SUV modelini 2027-ci ilə təxirə saldığını qeyd edib. Adı Avtomobillərin 2025-ci ildən istehsala başlaması planlaşdırılırır. Bundan əlavə, “T3” kod adlı yeni nəsil elektrik pikap da 2025-ci ilin sonundan 2026-cı ilə təxirə salınıb.

Digər tərəfdən şirkət bundan sonra daha çox hibrid modellərə diqqət yetirəcəyini  vurğulayıb. Buna baxmayaraq, şirkət elektrikli avtomobil investisiyalarını da davam etdirəcək.

Ford həmçinin 2024-cü ilin ilk üç ayında 38 min 421 hibrid avtomobil sataraq 2023-cü ilin ilk rübünə nisbətən yüzdə 42 artım qeyd etməyi bacarıb. Şirkətin elektrikli avtomobil satışları illik müqayisədə 86 faiz artıb.

Aynur Camal

Oxşar xəbərlər

Gəminin batması nəticəsində 3 nəfər öldü

Nigar Məmmədova

iPhone-larda olan WhatsApp funksiyası Android-ə gəlir

Bugün TV

Şəhərdə timsah həyəcanı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu