6 C
Baku
13 Yanvar 2025, 4:07
Baş xəbərİdman

Formula 1 yarışı zamanı pişiyi xilas edən pilot təşəkkür aldı

Heyvanların hüquqlarının müdafiəsi təşkilatı (PETA) Formula 1 Azərbaycan Qran-Prisi sprint yarışı zamanı pişiyi xilas etdiyinə görə “Ferrari” komandasının pilotu Şarl Leklerə təşəkkür edib.

Bu barədə “PlanetF1” saytı xəbər yayıb.

Xatırladaq ki, Bakıda keçirilən sprint yarışı zamanı Lekler komanda radiosu ilə yolda pişik gördüyünü xəbər verib. Sonradan yayımlanan videoyazılarda onun bolidinin 2-ci döngənin düz qarşısında pişiklə toqquşmaqdan qaçmaq üçün yoldan döndüyü görünür.

“Heyvanlarla etik davranış tərəfdarı olan insanlar” təşkilatı Leklerə məktub göndərərək, komandasının və rəqib yoldaşlarının yolda sahibsiz pişiyin olmasına diqqətin cəlb edilməsi üzrə səylərini yüksək qiymətləndirib.

Məktubda deyilir: “Sizə təşəkkürümüzü çatdırırıq və heyvanların sizə arxalana biləcəyini bilməyimizə şadıq. Sizi ikinci mövqedə (sprint yarışında – red.) qələbə münasibətilə təbrik edirik və böyük uğurlar arzulayırıq”.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Prezident Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

Aynur Əfəndi Zadə

İspaniya və Fələstin arasında “ilk” ikitərəfli dövlət sammiti bu il keçiriləcək

Aynur Camal

Xizək kurortunda qorxulu anlar yaşandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu