meşə yanğınları
Baş xəbərDünya

Fövqəladə vəziyyət – meşə yanğınlarının dumanı ABŞ-a çatdı

Bugun.tv xəbər verir ki, ötən həftə Kanadanın qərbindəki Alberta əyalətində başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-a çatıb.

Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Twitter-də “Kanadada meşə yanğınları mövsümü qeyri-adi aktiv başladı” deyib.

NOAA-nın Kanadadakı yanğınlarla bağlı paylaşdığı görüntülərdə Albertadakı meşə yanğınlarından çıxan tüstünün Kanadanın şərqinə doğru irəliləyərək ABŞ-Kanada sərhədinə çatdığı görünür.

ABŞ Milli Meteoroloji Xidməti bildirib ki, “Atmosferin yuxarı qatında dayanmış Kanada meşə yanğınlarından çıxan tüstü” Vaşinqtonda havanın alaqaranlğa bənzəməsinə səbəb olur.

Səlahiyyətlilər, Kanadanın Alberta əyalətindəki meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.

Rəsmilər qeyd edib ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.

Yanğınların 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.

Kanadanın Alberta əyalətində mayın 6-dan bəri davam edən meşə yanğınları səbəbindən 29 min insan evlərindən təxliyə edilib.

Səlahiyyətlilər normadan yüksək temperatur və külək səbəbindən müxtəlif nöqtələrdə baş verən yanğınların nəzarətdən çıxdığını bildirib.

Alberta əyalətinin baş naziri Danielle Smith əyalətdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

Təxliyyə olunanlar pulsuz müvəqqəti yaşayış yeri, yemək xidməti, geyim, sağlamlıq xidməti ilə təmin olunur, onların heyvanlarına qulluq göstərilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu