15 C
Baku
24 Oktyabr 2025, 1:43
Digər

Fransa ilə Əlcəzair arasında gərginlik artır

Prezident Emmanuel Makron Fransa ilə Əlcəzair arasında imzalanmış 2013-cü il razılaşması çərçivəsində Əlcəzair diplomatlarına və rəsmi şəxslərinə verilən vizasız giriş imtiyazının ləğv edilməsini istəyib.

Bugun.tv yerli mətbuata istinadla xəbər verir ki, Makron Baş nazir Fransua Bayrouya məktubla müraciət edərək, vizaların bu kateqoriyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. Makron bu qərarını Paris və Əlcəzair arasında artan diplomatik gərginliklə əlaqələndirib. O, iki ölkə arasında münasibətlərin qeyri-bərabər olduğunu və Fransanın Əlcəzairə qarşı daha sərt və prinsipial mövqe tutmalı olduğunu bildirib.

Makronun bu qərar qüvvəyə minərsə, bu, Fransa-Əlcəzair münasibətlərində mühüm diplomatik dönüş nöqtəsi olacaq. Diplomatik pasport sahiblərinə qarşı vizasız rejimin ləğvi, Parisin son illərdə Şimali Afrika ölkələri ilə – xüsusilə də miqrasiya və təhlükəsizlik sahəsində daha sərt siyasətə keçidinin davamı kimi qiymətləndirilə bilər.

Viza mövzusu Fransa ilə Əlcəzair arasında uzun illərdir ki, həssas məsələ olaraq qalır. Son illərdə isə Paris bu aləti ikitərəfli münasibətlərdə siyasi təzyiq vasitəsinə çevirib. Bu dəfə qərarın diplomatik pasport sahiblərini əhatə etməsi, Fransa tərəfindən Əlcəzairə qarşı konkret və sərt siyasi mesaj olaraq dəyərləndirilir.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Cavanşir Feyziyev: Heydər Əliyev dühası bütün qələbələrimizin mənbəyidir

Aynur Camal

Fransada növbəti dəfə ictimai-siyasi vəziyyət pozuldu

Kəmalə Sultan

“Bir qərənfil ömrü” adlı Anım Günü keçirilib.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu