Image default
Dünya

Fransa Senatı hökumətin təklif etdiyi pensiya islahatını təsdiq etdi

Fransa Senatı hökumətin təklif etdiyi pensiya islahatını yanvarın sonundan bəri ölkə boyu etirazlar fonunda təsdiqləyib.

Bugun.tv xəbər verir ki, səsvermənin nəticələri Baş nazir Elizabet Bornun Twitter səhifəsində açıqlanıb.

“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatı mətnini qəbul etdi. Bu, pensiyalarımızın gələcəyini təmin edəcək islahat yolunda həlledici addımdır. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq “, – baş nazir bildirib.

Rəsminin sözlərinə görə, 195 senator islahatın lehinə, 112 qanunverici isə əleyhinə səs verib.

Fransa Senatı pensiya yaşının 2030-cu ilə qədər 64-ə qaldırılmasını nəzərdə tutan düzəlişi təsdiqləyib. Senatorlar həmçinin 20 yaşında işə başlayan və ən azı 43 il xidmət stajı olanlar üçün 63 yaşında erkən pensiyaya çıxmaq imkanını dəstəkləyiblər.

Qeyd edək ki, Fransada yanvarın sonundan bəri pensiya islahatına qarşı etiraz aksiyası keçirilirdi. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə 368 min insan iştirak edib.

Mənbə:TASS

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ İrana qarşı yeni hava zərbələrinə başladığını açıqladı

Aynur Camal

Avropa İttifaqı Rusiyaya qarşı yeni kiber sanksiyalar tətbiq etdi

Aynur Camal

Böyük Britaniya İrandan Gələn Təhlükələrə Qarşı Sərt Addım Atır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu