7 C
Baku
23 Fevral 2026, 16:04
Digər

Fransada əczaçılar tətil elan etdilər

Bugun.tv xəbər verir ki, hökumətin qərarına əsasən, dərman istehsalçıları apteklərə gündəlik istifadə edilən cenerik, yəni tərkibində kimyəvi maddə olan dərmanlar üzrə verilən endirimləri 40 faizdən 20-25 faizə endirəcəklər. Bu da apteklərin mənfəət gəlirlərinin kəskin azalması deməkdir. Tətilin genişmiqyaslı olacağı gözlənilir. Belə ki, bəzi əczaçılar məcburi xidmətlə əlaqədar işləyəcəklər. Lakin onlar xüsusi sarğı taxaraq etiraz etdiklərini bildirəcəklər. Əczaçılar ölkənin Baş naziri Fransua Bayruya da narazılıqlarını bildiriblər. Onların fikrincə, bu qərar səhiyyə naziri ilə razılaşdırılmadan qəbul olunub və dərman sənayesi şirkətləri üçün “hədiyyə”dir. Etirazçılar “yaşıl jilet” hərəkatına başlayacaqlarını da bildiriblər. Məqsəd isə kənd və şəhər kənarındakı apteklərin bağlanmasının qarşısını almaqdır.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu