Dünya

Fransada dövlət qurumlarında psixoloji təzyiq iddiaları araşdırılır

Fransada Baş nazir Aparatına bağlı dövlət qurumlarında iş yerində psixoloji təzyiq (mobbinq) iddiaları ilə bağlı prokurorluq araşdırmaya başlayıb.

The Guardian xəbər verir ki, Paris Prokurorluğu dövlət qulluqçusunun intihara cəhd etməsindən sonra irəli sürülən iddialarla əlaqədar ilkin istintaq başladıb.

Məlumata görə, ötən ilin iyun ayında əməkdaşların nümayəndəsi tərəfindən prokurorluğa təqdim olunan şikayətdə bəzi dövlət qurumlarında “institusional psixoloji təzyiq” olduğu və bunun əməkdaşlardan birinin intihara cəhd etməsinə səbəb olduğu bildirilib.

Fransanın France Inter radiosunun məlumatına əsasən, son bir il ərzində müxtəlif dövlət qurumlarında çalışan iki əməkdaş intihar edib, daha iki nəfər isə intihara cəhd göstərib. Bu hadisələrdən sonra iş mühiti ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

Baş nazir Aparatının xidmət departamentinin iki yüksəkvəzifəli nümayəndəsi yayılan bəyanatda həyatını itirən əməkdaşların ailələrinə və kollektivə dəstək ifadə edib. Bildirilib ki, əməkdaşların psixoloji rifahı əsas prioritetlərdən biridir və iş şəraiti ilə bağlı müstəqil audit aparılacaq.

Rəsmilər qeyd ediblər ki, intihara cəhd hallarından biri dövlət xidməti ilə əlaqəli olmayıb, digər hadisə üzrə isə mobbinq iddiaları əsasında inzibati araşdırma davam edir. İntihar faktları ilə bağlı istintaq həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində aparılır.

Eyni zamanda vurğulanıb ki, araşdırılan şəxslərdən heç biri birbaşa Baş nazirin ofisində çalışmayıb.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Aynur Camal

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu