25 C
Baku
11 Sentyabr 2025, 0:03
Dünya

Fransada “narıncı həyəcan”

Fransanın 34 əyalətində daşqın və fırtınalar səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Fransanın Meteo-France meteoroloji xidmətinin məlumatına görə, dünən 19 əyalətdə təsirlənən əlverişsiz hava şəraiti ölkənin bir çox bölgəsində bu gün də davam edir.

Sel və fırtına riski ilə əlaqədar “narıncı xəbərdarlıq” verilən əyalətlərin sayı 34-ə yüksəldiyi halda, eyni səbəblərlə “sarı həyəcan” verilən əyalətlərin sayı 47-yə çatıb.

Ölkənin cənubunda, Pireney bölgəsinin qərbində sürəti saatda 150 kilometrə çatan küləyin əsəcəyi, Paris regionu və Pay-de-la-Luara əyalətində isə leysan yağışların yağacağı gözlənilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

Sürətli qatarın kənarından yapışaraq kilometrlərlə yol qət etdi! 

Aynur Camal

Gələcəyin səmasında Azərbaycan imzası

Aynur Camal

Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dənizə düşdü

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu