Baş xəbərDünya

Putinin Ukrayna qorxusu! 1 milyard dollarlıq bağ evini sökdürdü

İddia edilib ki, Rusiya lideri Putinin Soçidəki yay iqamətgahı Ukraynadan mümkün İHA hücumları səbəbilə sökülüb. Peyk görüntüləri, fevral və ya mart aylarında söküldüyü düşünülən bağ evinin yerində böyük bir boşluq olduğunu göstərdi. Putin 2022-ci ildə müharibədən sonra yay iqamətgahına səfərlərini azaltsa da, 2023-cü ildə cəmi 8 gün keçirdi. İddia edilib ki, Ukraynada ola biləcək İHA hücumu səbəbindən Rusiya prezidenti Vladimir Putinin Rusiyanın cənubundakı Soçi şəhərindəki yay iqamətgahı sökülüb.

Rusiyanın “Proekt” mətbuat orqanının “Mirror” qəzetinin verdiyi xəbərə görə, 72 yaşlı Putinin öldürülməkdən qorxduğu üçün Qara dəniz sahilindəki yay iqamətgahına getmədiyi də iddia edilib.

Rusiyanın müxalif media orqanı olan “Proekt”in əldə etdiyi peyk görüntüləri Putinin bağ evinin fevral və ya mart aylarında söküldüyünü və evdə qalanın böyük bir torpaq çuxuru olduğunu göstərir.

Sürgündə olan ruslar tərəfindən qurulan “Proekt” xəbər verir: “O, öz həyatı üçün qorxduğu üçün Soçiyə getməyi dayandırdı. Prezident dron hücumlarından qorxur. “Bay evinin yerləşdiyi yer indi çuxurdur” deyib.

Xəbərə görə, Putinin ola biləcək İHA hücumu ilə bağlı narahatlığına görə bağ evini sökməyə qərar verdiyi barədə məlumatı mövzuya yaxın mənbə də təsdiqləyib.

1 milyard dollarlıq bağ evi 1991-ci ildən Putin tərəfindən rəsmi iqamətgahlarından biri kimi istifadə olunur. Covid-19 epidemiyası zamanı özünü burada təcrid etdi.

“Moskva Tayms” qəzetinin yazdığına görə, Putin adətən ildə ən azı 30 gününü 2014-cü ildə Soçi Olimpiadası üçün təmir edilmiş bağ evində keçirirdi. Lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra onun rezidensiyaya səfərləri azalmağa başlayıb. O, 2023-cü ildə iqamətgahda cəmi səkkiz gün qalıb və bu ilin mart ayından iqamətgahda olmayıb.

Putinin bağ evinə sonuncu səfəri martın 6-da Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossi ilə görüşü zamanı baş tutub.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

Albaniyada Cared Kuşnerlə əlaqələndirilən kurort layihəsinə qarşı kütləvi etiraz keçirilib

Aynur Camal

Rusiya ilə ABŞ arasında poçt və yük daşımaları bərpa olundu

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Hansı ərzaqları xilas etmək olar, hansıları isə dərhal atmaq lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu