Dünya

Fransada qanlı qaçış: Ölkə “Uçmaq” xəbərdarlığındadır

Fransada dünən silahlı basqınçılar məhbusları daşıyan həbsxana maşınına hücum edərək iki gözətçini öldürüb və “Uçmaq” ləqəbli dəstə başçısını qaçırıblar. Hadisədən sonra Fransanın şimalında qaçan məhbusların axtarışına yüzlərlə polis çağırılıb.

Fransada həbsxana maşını maskalı şəxslər tərəfindən pusquya salınıb.

 “Narkotik lideri” kimi tanınan 30 yaşlı məhbus Məhəmməd Əmranın qaçırıldığı hücumda iki mühafizəçi həlak olub.

Fransa Daxili İşlər Naziri Gerald Darmanin ətraf ölkələrdən kömək aldıqlarını və qanlı qaçışın arxasındakı insanları tutmaq üçün geniş axtarış əməliyyatı həyata keçirdiklərini açıqlayıb.

Fransada minlərlə mühafizəçi öldürülən iki mühafizəçini şərəfləndirmək üçün simvolik olaraq həbsxanaları 24 saat müddətinə bağlayıb.

“Narkotik lideri” kimi tanınan 30 yaşlı məhbus Məhəmməd Əmra “La Mouche” (The Fly) ləqəbi ilə tanınır.

Polis mənbələri Əmranın narkotik alveri ilə məşğul olduğunu bildirib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada müharibə davam edir-VİDEO

Aynur Camal

“Virgin Orbit” şirkəti iflasa uğradığını elan etdi

Nigar Məmmədova

NATO-nun baş katibi Rutte ilk xarici səfərini Kiyevə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu