Fransanın Strasburq şəhərində metro stansiyasında dayanan tramvayın naməlum səbəbdən geriyə doğru hərəkət edən başqa bir tramvaya çırpılması nəticəsində baş verən qəzada 68 nəfər yaralanıb.
Qubernatorluqdan verilən açıqlamada, qəzadan 100-ə yaxın insanın xəsarət almadan sağ çıxdığı bildirilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlanılıb.
Bildirilib ki, qəza ilə bağlı aparılmış ilkin araşdırmalar qəsdən törədilmə ehtimalını aradan qaldırıb.
Qəza ilə əlaqədar bir neçə gün metro stansiyasında tramvay hərəkətinin dayandırılacağı açıqlanıb.
Mənbə: İlkha