11 C
Baku
3 Dekabr 2025, 23:06
Digər

Fransada yeni dərs ili ərəfəsində minlərlə uşaq hələ də küçədə yatır

Bugun.tv xəbər verir ki, bu acı statistika “UNICEF France”, Həmrəylik Assosiasiyaları Federasiyası (FAS) və Mənzil Assosiasiyaları Kollektivinin (CAL) birgə hazırladığı illik barometr hesabatında əksini tapıb. Rəqəmlər 2024-cü illə müqayisədə təxminən 6%, 2022-ci illə müqayisədə isə 30% artım göstərir. Tədqiqat avqustun 18-dən 19-na keçən gecə, yəni məktəbəqədərki son iki həftədə aparılıb. Hesabata görə, valideynləri və ya qəyyumları sosial yardım xətti olan 115-ə zəng vursa da, yüzlərlə uşaq sığınacaq ala bilməyib. “UNICEF France” prezidenti Adelin Hazan bildirib ki, bu rəqəmlər real vəziyyəti tam əks etdirmir. Çünki yalnız 115-ə müraciət edənlər nəzərə alınıb. Küçədə tək qalan uşaqlar, həmçinin gecəqondularda və ya bidonvillərdə yaşayan ailələr statistikaya daxil deyil. Onun sözlərinə görə, hazırda 43 min 500 uşaq müvəqqəti sığınacaqlarda və ya hotellərdə yaşayır.

Bugün TV

Oxşar xəbərlər

Oğlan dənizdə boğuldu

Könül Kərimova

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

Kəmalə Sultan

Yağışlı hava davam edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu