Digər

Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir

Bugun.tv xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Makhamov “Uzbekiston24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkmənistandakı gəmiqayırma zavodunda gəmilərin alınması imkanını artıq Özbəkistan hökuməti tərəfindən müzakirə edilir. Nazir əlavə edib: “Bizim öz gəmilərimiz Xəzər dənizi ilə yüklərin daşınmasını sürətləndirəcək və 30-40 gün davam edə biləcək nəqliyyat sıxlığını azaldacaq”. O, türkmən həmkarları ilə gəmiqayırma sahəsində müqavilələr bağlandığını da açıqlayıb: “Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Məmmetxan Çakıyevlə gəmiqayırma sahəsində əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. Biz razılaşdıq ki, gəmilərin alınması məsələsini təhlil edib nəzərdən keçirəcəyik. Bütün texniki məsələlər üzərində işləmək lazımdır. İmzalanan sənəd bizə texniki-iqtisadi məsələləri sərbəst şəkildə həll etməyə imkan verəcək”.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu