Image default
Dünya

“Fransız əsgərləri Ukraynada hədəfə çevrilir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib: “Əgər fransızlar münaqişə zonasında görünmək istəsələr, qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcəklər”.

Fransa prezidenti Emmanuel Makron fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etmədiklərini və bunun müzakirələrin başlamasına səbəb olduğunu bildirib.

Rusiya tərəfindən verilən açıqlamada Fransa prezidenti Emmanuel Makronun Ukraynaya əsgər göndərəcəyi təqdirdə fransız əsgərlərinin Rusiya ordusunun “qanuni” hədəfinə çevriləcəyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında Makronun bəyanatı ilə bağlı sualları cavablandırıb.

Jurnalistlərə verdiyi açıqlamada Zaxarova “Makronun bu çıxışı onun Rusiya üçün bir növ “strateji qeyri-müəyyənlik” yaratmaq istəyidir” deyib.

“Makronu məyus etməliyik” deyən Zaharova, “Fransızlar münaqişə zonasında görünmək istəsələr, qaçılmaz olaraq Rusiya ordusunun hədəfinə çevriləcəklər” deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu