11 C
Baku
7 Dekabr 2024, 21:16
Dünya

Fransız fermerlərin etirazı davam edir! Bordo limanına giriş qadağan edilib

Fransada etirazların 4-cü günündə bir qrup fermer traktorları ilə ölkənin cənub-qərbindəki Bordo limanına çıxışı təmin edən yolu bağlayıb. Milli mətbuatda yer alan xəbərə görə, Fransada 4 gündür davam edən fermer etirazları ölkənin cənub-qərbində cəmləşib.

Fransanın aparıcı fermerlər birliklərindən olan Koordinasiya Ruralenin (CR) rəhbərlik etdiyi bir qrup fermer təkər və zibil ataraq traktorları ilə Bordo limanına gedən yolları bağlayıb.

Birlik rəsmiləri fermerlərin traktorları ilə limanın girişini bağladıqları etirazın fərqli nöqtələrdə davam edəcəyini bildiriblər.

CR rəsmilərindən Karine Duc bu liman vasitəsilə “Avropa standartlarına uyğun olmayan taxılların ölkəyə buraxılmasına icazə verildiyini” və buna reaksiya vermək istədiklərini bildirib.

Fermerlər həmkarlar ittifaqları ölkə boyu etirazların daha da güclənəcəyinə işarə edərək noyabrın 25-dən etibarən dövlət qurumları və hökumət binaları ətrafında hərəkətə keçəcəklərini bildirmişdilər. Fransanın baş naziri Mişel Barnier hökumətin qarşı çıxdığı və fermerlərin etiraz etdiyi Avropa Birliyi (Aİ) ilə MERCOSUR arasında azad ticarət sazişinin Milli Assambleyada müzakirəyə çıxarılmasını istəyib.

2000-ci ildən bəri müzakirə edilən razılaşmanın 18-19 noyabr tarixlərində Braziliyada keçirilən G20 Sammitində yekunlaşa biləcəyi gündəmə gəldiyində fransız fermerlər yenidən hərəkətə keçməyə qərar verdilər.

Fransız fermerlər müqavilənin haqsız rəqabətə səbəb olacağı səbəbilə qarşı çıxırlar.

Aİ və MERCOSUR arasında azad ticarət sazişi tərəflər arasında mal və məhsul ticarətinə tətbiq edilən gömrük rüsumlarının əksəriyyətinin ləğvini və MERCOSUR tərəfindən Aİ-nin avtomobil, maşın, kimya və tibbi məhsullara tətbiq etdiyi gömrük rüsumlarının dərəcələrinin azaldılmasını ehtiva edir.

Müqavilə qüvvəyə minərsə, Aİ və MERCOSUR müxtəlif kənd təsərrüfatı məhsullarına yüksək gömrük rüsumlarını azaldacaq və MERCOSUR ölkələri ət, toyuq və şəkər kimi məhsulları Aİ-yə daha rahat sata biləcəklər.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Yeni müdafiə naziri təyin edildi

Aynur Camal

Rishi Sunakın Qəzza mövqeyi onun 115 yer itirməsinə səbəb oldu!

Aynur Camal

Qulaqlarınıza inanmayacaqsınız! Fillər də insanlar kimi bir-birlərini adla çağırırlar

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu