Siyasət

Fu Konq :”Avropa İttifaqının Ukrayna üzrə diplomatik danışıqları asanlaşdırmaqdan imtina etməsi rasional deyil”

“Düzdür, biz Ukrayna ilə bağlı bəzi Avropa mövqeləri ilə tam razılaşmırıq. Məsələn, Avropa tərəfinin bir çox yüksək səviyyəli liderləri deyirlər ki, indi danışıqların vaxtı deyil. Bu, rasional yanaşmadırmı? Biz Aİ ilə tam dayana bilmərik. Lakin Ukrayna məsələsinin Çin-Aİ əlaqələrinin inkişafına təsir göstərməsini istəmirik”.

Bugun.tv xəbər verir ki, bunu Çinin Avropa İttifaqındakı missiyasının rəhbəri Fu Konq “Global Times” qəzetinə açıqlamasında  deyib.

Onun sözlərinə görə, diplomatiya emosional bir şey deyil.

“İnsanların arzuları ola bilər, lakin onlar da reallıqla üzləşməlidirlər. Diplomatiya sənəti  doğru olanı seçməkdir. Bunun üzərində işləməliyik. Əks halda, müharibə uzanacaq”, – səfir qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Rusiya rəhbərliyi KİV vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu