Türkiyədə 7.7 bal gücündə zəlzələdə 1541 nəfər həlak olub, 9733 nəfər yaralanıb.
Bugun.tv xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Fuat Oktay brifinq keçirib. O, baş verən zəlzələ ilə bağlı açıqlama verib. Bildirib ki, qeydə alınan seysmoloji hadisə nəticəsində 3471 bina uçub. Ümumilikdə, 10 şəhər zərər çəkib. Xilasedicilər dağıntılar altında qalanların çıxarılması istiqamətində işləri görürlər. Ölənlərin və yaralıların sayının artma ehtimalı var.
Fuat Oktayın sözlərinə görə, zəlzələnin dağıntılar törətdiyi şəhərlərlə mütəmadi əlaqə yaradılır. Həmin ərazilərə yardımlar göndərilir. Binadakı sakinlər təxliyə olunub.
“Səhər saatlarında baş verən zəlzələdən sonra 145 dəfə titrəyiş qeydə alınıb. Ondan 3-ü 6 baldan yuxarı olub”.
Prezidentin köməkçisi media nümayəndələrinin “zəlzələ yenə baş verə bilərmi?” sualına, dəqiq cavab verə bilməyəcəyini söyləyib. “Baş verə biləcəklərə qarşı ehtiyatlı olmaqda fayda var” – deyə, F.Oktay vurğulayıb.