Baş xəbərSosial

“Zəlzələni proqnozlaşdırmaq mümkün deyil”

İndi Marsa insan köçürmək haqqında danışırıq. Gələcəkdə robotların insan əməyinə bərabər iş prinsipi ilə çalışa biləcəyin ehtimal edirlər. Elm və texnologiya sürətlə inkişafdadır. Amma hələ də elm üçün zəlzələnin öncədən proqnozlaşdırılması əlçatmaz görünür. İnsanlar artıq çox yorulub, hər kəs zəlzələnin təxmin edilə bilməsi haqqında olan xəbərlərə də şüphə ilə yanaşırlar.

Geofizik Micael Blanpied bildirib ki, zəlzələləri proqnozlaşdırmaq üçün bir çox təkliflər irəli sürülüb. “Planetlərin düzülüşü, ay fazaları, yerin gelgitləri və heyvanların davranışı ən yüksək ehtimallar hesab olunurdu. Lakin bu müşahidələr də heç bir nəticə vermədi” – deyə, o bildirib.

İndi əsas suallardan biri də nəyə görə süni intellekin proqnozlaşdırma üçün istifadə oluna bilməməsidir? Zəlzələyə meyilli tektonik zonalarda hazrlanmış xüsusi texnologiyadan faydalanmaq mümkündür. Lakin hələlik onlardan yalnız sahildən çox uzaq məsafədə yerləşməyən zonalarda istifadə oluna bilir.

Digər geofizik Paul Jonhso deyib ki, laboratoriyada öyrəndiklərimizin birbaşa Yer kürəsinə tətbiq etməyə çalışırıq. “Təssüf ki, biz indi dəqiq proqnozlar verə bilmirik. Ancaq bu elmi inkişaf etdirmək niyyətindəyik”.

Alim Michael Blanpiedin sözlərinə görə isə, zəlzələnin öncədən proqnozlaşdırmaq mümkündür fikrinin özü, sadəcə təxmindir. “Dəqiq proqnoz vermək hələ ki, mümkün deyil. Biz buna nə zamansa nail olacayıq. Amma bu bir qədər vaxt alacaq. Yaxın 5-10 il ərzində zəlzələni proqnozlaşdıra biləcəyimizi düşünmürəm”.

Bir çox mütəxəsislər isə hesab edir ki, zələzələnin proqnozlaşdırılması mümükün olsa belə, bu yalnız hansı ərazidə baş verə bilməsi ehtimalı ilə bağlı olacaq. Çünki onun dəqiq vaxtını müəyyən etmək çox çətindir.

Bugun.tv

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Ukraynanın “təxribat qrupu”nun sərhədi keçdi

Aynur Camal

Prezident İlham Əliyev Azərbaycanın uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir

Nigar Məmmədova

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat keçirilir 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu