15 C
Baku
27 Aprel 2026, 18:51
Baş xəbərHadisə

Fukusimadan çıxan radioaktiv tullantı suları okeana axıdılır

Bugun.tv xəbər verir ki, Yaponiya 2011-ci ildə baş verən zəlzələdən sonra sunami nəticəsində zədələnmiş Fukusima İn-Dai Atom Elektrik Stansiyasının radioaktiv tullantı sularını okeana atmağa başlayıb.

Elektrik stansiyasının operatoru Tokyo Electric Power Company (TEPCO) verdiyi açıqlamada boşalma prosesinin yerli vaxtla saat 13:00-da başladığını açıqlayıb. Açıqlamada, radioaktiv tullantı sularının yeraltından dənizə qədər uzanan 1 kilometrlik tunel vasitəsilə axıdıldığı bildirilib.

Plana əsasən, şirkət birinci mərhələdə 17 gün ərzində 7800 ton tullantı suyu okeana axıdacaq.

2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton radioaktiv tullantı sularının axıdılması planlaşdırılır.

TEPCO xəbərdarlıq edib ki, Fukusimada 1,34 milyon ton tullantı su yığılıb və bu, axıdılmasa, 2024-cü ilin əvvəlində anbar tutumunu keçəcək.

Avqustun 22-də Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Kişida Fumio Fukusimadan radioaktiv tullantı sularının okeana axıdılmasına avqustun 24-də başlanılacağını elan edib.

Qərar bölgədə yaşayan balıqçıların və ətraf mühitin mühafizəsi fəallarının, eləcə də qonşu ölkələrin, xüsusən də Çinin əks reaksiyasına səbəb olub.

 

Tənqidlərə qarşı, Yaponiya okeana axıdılması planlaşdırılan radio tullantı sularının zərərinin təmiz su ilə azaldıldığı bildirilib. Açıqlamada sudakı radioaktiv materialın insan sağlamlığı və ətraf mühit üçün zərərin 40 faizindən az olduğu qeyd edilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu