Baş xəbər

Füzulidə məskunlaşan sakinlərimiz ilə ilk görüş olub

“Uzun illərin həsrətinə artıq son qoyulub. Yeni qurulan Füzuli şəhərində məskunlaşan hər bir vətəndaşımız öz doğma yurdlarına qayıtmağın sevincini qürurla ifadə edirdilər. Sakinlər dövlət qayğısından razılıqlarını bildirərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun gücünə hər zaman inandıqlarını dedilər. Şəhərdə Məşğulluq Agentliyi daxil olmaq fərqli dövlət qurumların nümayəndələri sakinlər ilə mütəmadi görüşlər keçirir onların istəklərini dinləyib lazımi dəstək nümayiş etdirirlər. Füzuli şəhərdə məskunlaşan vətəndaşlarımızın iş yerləri ilə təmini xüsusi diqqətdədir”.

Bugun.tv xəbər verir ki, millət vəkili Vüqar Bayramov facebook hesabında sakinlərlə görüşün təəssüratlarını bölüşüb.

O, bildirib ki, bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

“Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq”, – V. Bayramov qeyd edib.

O, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Bugün TV

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu