7 C
Baku
21 Yanvar 2025, 20:12
Dünya

Gəlin qızıl və pul götürərək qaçdı

Hindistanda ikinci dəfə evlənən kişi “tualetə gedirəm” deyən saxta gəlin tərəfindən aldadılıb, qızıl və pulu götürüb qaçıb. Hindistanda keçirilən toy maraqlı anlara şahidlik edib.

40 yaşlı Kamleş Kumar birinci həyat yoldaşını itirdikdən sonra ikinci dəfə evlənmək üçün qadın axtarmağa başlayıb.

Bir qadın fermer Kamleşlə əlaqə saxlayıb və ona qadın tapdığını bildirib.

Fermer qadının şəklini gördükdən sonra evliliyə razılıq verib və vasitəçi kimi çıxış edən qadına 350 dollar komissiya ödəyib.

Gəlin anası ilə birlikdə məbədə gəldi.

Kamleş və ailəsi qadına zinət əşyaları və gözəllik məhsulları hədiyyə edib. Toy xərclərini də öz üzərinə götürüb.

İddiaya görə, ayinlər başlayanda gəlin tualetə getməli olduğunu deyib. Lakin bu arada gəlin bir daha geri qayıtmayıb.

Məlum olub ki, gəlin özü ilə qızıl-zinət əşyaları, qızıl və pul götürərək yoxa çıxıb.

Gəlinin anası da məbədi tərk etmişdi. Sonradan aldadıldığını anlayan Kamleş gəlindən şikayət etməyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzaya yardım daşıyan daha 2 təyyarə Misirə yola düşdü

Bugün TV

Aİ Ukraynaya 4,1 milyard avro yardım hazırlayır

Aynur Camal

Depressiyaya görə başladı və xilas ola bilmədi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu