17 C
Baku
25 İyun 2025, 5:07
Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olundu

Bugun.tv -yə daxil olan məlumata əsasən, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.

2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.

Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin “Qatil”, “Şekspir”, Hüseyn Cavidin “Əmir Teymur”, “İblis”, İlqar Fəhminin “Mənəm, mən…”, Stefan Sveyqin “Yad qadının məktubu” tamaşalarına, eləcə də “Əlavə təsir”, “Sirr”, “Axırıncı dayanacaq” kimi filmlərə musiqi yazıb.

Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Aynur Camal

Oxşar xəbərlər

“Şuşanın 4 fəsili” dünya sərgilərində

Bugün TV

Şuşa UNESCO-nun İrs Siyahısına salınacaq.

Bugün TV

Abidənin acınacaqlı durumu ilə bağlı nazirə müraciət edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu