Baş xəbərHadisəKriminal

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu