33 C
Baku
3 Sentyabr 2025, 17:07
Baş xəbərDigərSosial

Gəncə şəhərində əlilliyi olan qadınlara dəstək məqsədi ilə növbəti dəyirmi masa təşkil olunub

Bugun.tv xəbər verir ki, əlilliyi olan qadın və qızların ictimai xidmətlərə bərabər çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Gəncə şəhərində geniş tərkibli dəyirmi masa təşkil olunub. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Elnarə Dərziyeva media qurumlarına məlumat verib. Onun sözlərinə görə, tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.“Artıq 3 ildir ki, davam edən layihə çərçivəsində gerçəkləşdirilən dəyirmi masa bu dəfə Gəncə Plaza-da təşkil olundu. Əsas müzakirə mövzuları əlilliyi olan qız və qadınların hüquqları, psixoloji dəstək imkanları, sosial müdafiə mexanizmləri və məşğulluq perspektivləri olub. Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərin ictimai xidmətlərə bərabər çıxışını təmin etmək, zorakılığın qarşısının alınması yollarını araşdırmaq və diskriminasiyanın aradan qaldırılmasının vacibliyini ictimai gündəmə gətirməkdir. Görüşdə aidiyyatlı dövlət qurumunun nümayəndələri, o cümlədən yerli icra hakimiyyəti, bələdiyyələr, Ombudsman Aparatının yerli bölməsi, sosial xidmət və məşğulluq orqanları, təhsil və səhiyyə müəssisələrinin təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər”, – E.Dərziyeva bildirib.Tədbir zamanı yaradılmış dəstək qruplarının genişləndirilməsi, şəbəkələşmənin gücləndirilməsi və innovativ ideyaların paylaşılması istiqamətində bir sıra təşəbbüslər səsləndirilib. İştirakçılar arasında fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq imkanları müzakirə olunub.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bu cür platformaların bölgələrdə əlilliyi olan qadın və qızların səsinin eşidilməsi, onların hüquqlarının qorunması və sosial inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.Dəyirmi Masada 38 nəfər iştirak edib.

Qeyd edək ki, Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

A.Eustace:“Eniş edərkən atmosfer qatlarını görmək insana xüsusi hiss verir”

Elnarə Dərziyeva

“Hədislərdən imtina insanları konseptual ibadətdən soyudur”

Aynur Camal

Günün çox hissəsini “boş” keçirən robot tozsoranlar üçün yeni vəzifələr yoldadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu