Digər

Cammu və Kəşmirdə daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirdi

Bugun.tv “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, yağışlar ərazidəki infrastruktura da ciddi zərər verib, körpülər dağılıb, elektrik dirəkləri aşıb və telekommunikasiya xətləri sıradan çıxıb. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatının işində də problemlər yaranıb, bəzi yollar bağlanıb, qatar reysləri dayandırılıb. Xilasetmə əməliyyatları zamanı 3500 sakin təhlükəsiz yerlərə təxliyə edilib. Cənubi Asiya regionunda davam edən musson yağışları Hindistan, Pakistan və digər ölkələrdə ciddi fəsadlar yaradıb. Pakistanda son 30 gün ərzində sel və daşqınlar nəticəsində 800-dən artıq insan, Hindistanın Himaçal Pradeş əyalətində isə təqribən 300 nəfər həyatını itirib.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu