Baş xəbərMüsahibə

Gənclər Təşkilatının sədri ASAN Xidmətə görə ölkə başçısına təşəkkür etdi

İlk ASAN Xidmət Mərkəzinin fəaliyyətə başlanmasının 10 illiyini qeyd edirik. ASAN Xidmətin yeni yarandığı ərəfədə məndə tələbə kimi ASAN Könüllülər hərəkatının üzvü olmuşdum. Bu gündən boylananda sanki praktik olaraq yeni bir idarəçilik məktəbini bitirdiyimi düşünürəm.

İnsanlarla ünsiyyət, əlaqələrin – kommunikasiyaların qurulması, vətəndaşları məmnun salmaq bacarığına yiyələnmək həqiqətən böyük bir məktəb yolu oldu!

Məhz ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, yaratdığı elektron hökumət tədbirlərinin düzgün icra və idarəedilməsi fövqündə idarəetmə elminin öyrənilməsi və tətbiqində yeni yanaşmanın əsası qoyuldu – ASAN idarəçilik… Onsuzda dünya dövlətlərində və beynəlxalq təşkilatlarda Azərbaycan brendi kimi nüfuz qazanmış ASAN idarəçilik sistemi dövlət – vətəndaş münasibətlərinin tənzimlənməsində, dövlət orqanları arasında mobil fəaliyyətin qurulmasında qüsursuz xidmət tətbiq etdi. Dövlət idarəçiliyi anlayışının mahiyyəti də elə ondadır ki, o, özündə siyasi, sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir.

Nəhayət, dövlət özündə yalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir. Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır.

Ölkədə Ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan “ASAN” – dövlət xidmətinin fəaliyyəti ilə dünyanın diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Milli inkişaf modelinin müəllifi, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsilə “vətəndaşa, insan faktoruna yönümlü” müasir idarəetmə modelinin formalaşdırılması, idarəetmə orqanlarında aparılan islahatlar elektron hökumətin inkişafını, dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Əbəs yerə deyildir ki, “ASAN xidmət” təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq edilir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən “ASAN xidmət” Azərbaycan brendinə çevrilmişdir. “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” yaradılmış, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunmuşdur. BMT-nin İnsan Hüquqları Şurası “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları “ASAN xidmət”in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır. Fəxr edir, qürur duyuruq.

Ölkəmizin hərtərəfli inkişafına, idarəçiliyin ASANlaşmasına verdiyiniz töhvəyə, qoyduğunuz zəhmətə görə təşəkkür edirik, cənab Prezident! Təşəkkürlər, ASAN!

Bu sözləri Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə Bugun.tv -ə açıqlaması zamanı bildirib

Oxşar xəbərlər

Nərminin ölümündə təqsirləndirilən İlkin Süleymanova son söz verildi

Bugün TV

Cebel əl-Əhdar bölgəsində təxminən 5 min evə ziyan dəydi

Bugün TV

S.Lecornu: “Fransa Ukraynaya göndərəcəyi mərmilərin sayını iki qat artıracaq”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu