25 C
Baku
23 İyun 2025, 13:05
Dünya

Gecə boyu davam edən hücumlarda ən azı 100 nəfər həlak oldu

İsrail dünən Qəzzada “Ben Gideonun arabaları” əməliyyatına başladığını açıqlayıb. Qəzzanın işğalı üçün başladılan hücumda vəzifəli əsgərlərlə yanaşı ehtiyatda olan əsgərlər də iştirak edib. İsrail təyyarələrinin cümə axşamından bəri Qəzzanı amansız bombalaması nəticəsində azı 300 nəfər həlak olub. Dünən qurudan başlayan hücumlardan sonra gecə ərzində ən azı 100 qəzzalı öldürülüb.

İsrail və HƏMAS arasında danışıqlar davam edir

Həmas və İsrail Qətərin paytaxtı Dohada dolayı danışıqlara başlayıb. HƏMAS-ın yayımçısı Əl-Əqsa TV-nin məlumatına görə, HƏMAS-ın yüksək vəzifəli rəsmisi Tahir əl-Nunu “ilkin şərtsiz danışıqlara başlanıldığını” təsdiqləyib. HƏMAS bildirib ki, əgər İsrail müharibəni tamamilə bitirəcəyinə dair beynəlxalq zəmanət verərsə, bütün israilli girovları azad edəcək.

CNN İnternational, adının açıqlanmayan yüksək rütbəli Həmas rəsmisinə istinadən bildirib ki, qrup 60 günlük atəşkəs və 300 fələstinli məhbusun azad edilməsi müqabilində 7-9 israilli girovu təhvil verməyə hazırdır. Lakin HƏMAS sözçüsü Sami Əbu Zuhri bu iddianı təkzib edib.

Zuhri, Əl-Əqsa TV-nin Telegram kanalında verdiyi açıqlamada, “İki aylıq atəşkəs qarşılığında doqquz israilli məhbusun azad ediləcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu” vurğulayıb. Zuhrinin açıqlamasında bu ifadələr yer alıb: “İşğalçı qüvvələr beynəlxalq zəmanətlə hücumları dayandırmağı öhdələrinə götürsələr, bütün məhbusları azad etməyə hazırıq. Lakin hücumlar davam etdiyi müddətcə məhbusları təhvil verməyəcəyik”.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Paralimpiya Oyunlarına Sena çayı maneəsi: Yarışlar yenidən təxirə salındı

Aynur Camal

İsraillə toqquşmaların baş verdiyi Livanın cənubunda 19 mindən çox insan didərgin düşdü

Bugün TV

Tənha delfin öz-özünə danışmağa başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu