Müsahibə

Gerçək dəyəri dilimə gətirsəm…

Böyük şairimiz Bəxtiyar Vahabzadə fəlsəfi şeirlərinin birində heykəltaraşı səsləyir. Ona görəcəyi işdən öncə xalq, cəmiyyət quruculuğunun mənəvi memarı olan müəllimi düşünməyi tövsiyə edir. Və müəllim heykəlini özü kimi nurdan, işıqdan yaratmağı bildirir.

Müəllim adı ucalığa sinonimdir. Bu ifadə klişe səslənsə də, fəqət elədir. Müəllim adı uludur. Oğuz türk dövlətinin başında duran Yabğu adlı şəxslər də müəllim funksiyasını icra etmiş, çö­zül­mə­si müş­kül olan iş­lə­rin ağırlığı altına girmişlər. Türk xalqla­rı­na yol-ər­kan gös­tə­rən Dədəm Qorqud da müəllim olmuşdur.

Bu mənada müəllimlik ülvi sənət olmaqla bərabər, həm də bu işin bilicisindən şagirdə, tələbəyə, ümumilikdə cəmiyyətə içdən sevginin, sonsuz səbrin, böyük humanizmin, mənəvi tellərlə bağlılığın intəhasızlığı olmalıdır.

Konfutsi biliyə aparan yolu: təqlid, təcrübə və düşüncədə görürdü.

Barəsində danışacağım müəllim tələbələrin düşüncələrinə düzgün istiqamət verdi. “Düşüncə heykəlimizin” təməlini qoydu. Fikir qanadlarımız məhz onun sayəsində açıldı; lacivərd səmada pərvaz etdi.

Bilim adamları kiçik qərarların ağılla, böyük qərarların qəlb yolu ilə verildiyini deyir. Amma ağlım və qəlbim Könül Niftəliyevanı seçdi, sevdi. Çünki onun elminin yanında helm ifadəsi də vardır.

Bütün qəlbimlə “Media savadlılığı” fənnini seçməyi qərarlaşdırdım. Bununla da həyatımın ən doğru qərarına imza atmış oldum. Bu gün bütün həyatımızı əhatə edən mediada daim obyektiv olmağı, qərəzsiz olmağı tələbələrə Könül Niftəliyeva öyrətdi. O bizə ”Jurnalistin ali məqsədi həqiqətdir” – dedi. İxtisas  üzrə biliklərlə yanaşı, həm də bütöv şəxsiyyəti ilə qarşısındakı tələbəyə həyat dərsi keçdi.

Könül müəlliməni tərəddüd etmədən parlaq günəşə bənzədərdim. O, auditoriyada canyanğısı ilə dərs tədris edir: enerjisini, biliyini böyük səxavətlə tələbələri arasında bölür; bir-bir öyrədir, bir-bir soruşur. Lap psixoloq kimi. Əbəs yerə deyilməyib ki, müəllim pedaqoq olmaqla yanaşı, həm də psixoloqdur. Könül Niftəliyeva məhz belə müəllimlərdəndir.

O, tələbələrin yalnız müəllimi olmadı, həm də dostu, sirdaşı oldu. Söz verdiyi kimi dərsin sonunu tələbələrin xarakterini analiz etdi.

Hər insan bir kitabdır – deyiblər. Könül müəllimə öz tələbələrini kitab kimi oxudu. Və məndə belə bir əminlik yarandı, qənaət formalaşdı:
O, bizi bizdən yaxşı tanıyandır;
O, həyat eşqidir;
O, ümid qəhrəmanıdır…

…Hər bir tələbənin “könül sarayında” taxt qurmağı bacaran Könül Niftəliyevaya təşəkkürünü bildirib, sonsuz sevgisini izhar edir:

Nəzrin Süleymanova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Nigar Məmmədova

Oxşar xəbərlər

Sabiq səfir: “Türkiyə sülh müqaviləsi imzalanmasının tərəfindədir”

Aynur Camal

Azərbaycanın hansı qrup ölkələrlə əməkdaşlığı daha üstün hesab edilir?/ SORĞU

Aynur Camal

“Ermənistan rus sülhməramlılarını növbəti təxribatlara şərait yaratmağa təhrik edir”-ŞƏRH

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu