Baş xəbərİdman

Gimnastımız topla hərəkətlərdə dördüncü oldu

Bugun.tv xəbər verir ki, Azərbaycan gimanstı Zöhrə Ağamirova Bakıda keçirilən dünya kuboku yarışlarında topla hərəkətlərdə dördüncü olub.

İdmançımiz çıxışına görə hakimlərdən 31,700 xal alıb.

İlk üçlükdə almaniyalı Darya Varfolomeev (33,150 xal), Bolqarıstan idmançısı Eva Brezalieva (32,950 xal) və özbəkistanlı Taxmina İkromova (31,800) yer alıblar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır.

Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Artemis 2 astronavtları Ayın əsl rəngi ilə bağlı müzakirələr yaradıb

Aynur Camal

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu