25 C
Baku
16 Sentyabr 2026, 10:24
Baş xəbər

Gimnastlarımız beynəlxalq turniri üç medalla başa vurdular

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə üç dəfə fəxri kürsüyə qalxıb.

Azərbaycan Gimnastika Federasiyasından Bugun.tv -yə verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramı üzrə hakimlərdən 72.000 xal alaraq birinci yeri tutub.

Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında qazandıqları 38.050 xal onlara gümüş medal qazandırıb. Milli komanda üç lent və iki topla hərəkətlərdə də medal əldə edib. Çıxışları 32.800 xalla qiymətləndirilən komanda bu dəfə gümüş medala sahib olub.

Beləcə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası Saraqosada keçirilən beynəlxalq turnirə 3 medalla yekun vurub.

Mənbə: Gimnastika Federasiyası

Aynur Camal

Oxşar xəbərlər

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu