Baş xəbərDünya

“Glock” silah brendinin ixtiraçısı vəfat etdi

Avstriyalı silah ustası Gaston Glock 95 yaşında vəfat edib. O, 1963-cü ildə “Glock” brendi altında odlu silah istehsalı ilə məşğul olan “Glock GmbH” kompaniyanın qurucusudur.

Bugun.tv xəbər verir ki, bu barədə məlumat “Glock GmbH” kompaniyanın saytında yerləşdirilib.

Gaston Glockun qurduğu kompaniya ABŞ da daxil olmaqla, NATO-nun bir çox ölkəsinin təhlükəsizlik xidmətləri, polis və xüsusi təyinatlı qüvvələri üçün tapança tədarük edir.

Onun ölüm səbəbi barədə məlumat verilmir. Gaston Glock 2008-ci ildə insult keçirib, 1999-cu ilin iyulunda isə həyatına qəsd olunub.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Payız geyimlərini daha bahalı göstərən 3 faktura

Aynur Camal

Əlcəzairdə qanunsuz silah dövriyyəsi ilə terrorizm arasındakı əlaqə müzakirə edildi

Aynur Camal

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu