Yemək, xörək, süfrə
Səhiyyə

Göbələklər gözləniləndən daha faydalı çıxdı

Yeni araşdırmalar göstərir ki, göbələklər əvvəllər hesablandığından daha faydalıdır. Pennsylvania State University alimləri tərəfindən aparılan tədqiqat Food Chemistry jurnalında dərc olunub.

Tədqiqatda göbələklərdə yüksək konsentrasiyada olan iki güclü antioksidant – ergotioneinqlutatyonun insan hüceyrələrini oksidləşmə stresindən qoruduğu göstərilib.

Bu maddələr sərbəst radikalların yaratdığı zərərləri azaldaraq yaşlanma, xərçəng, ürək-damar xəstəlikləri və Alzheimer kimi nevrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir.

Məlum olub ki, göbələklər həm ergotionein, həm də qlutatyonu eyni anda yüksək səviyyədə ehtiva edən nadir qida məhsuludur. Ən çox bu antioksidantlar ağ göbələklərdə mövcuddur. Daha geniş yayılmış şampinyonlarda isə onların miqdarı az olsa da, digər qidalarla müqayisədə hələ də yüksəkdir. Qeyd edilib ki, bu maddələr əsasən göbələyin baş hissəsində yerləşir, ayaqlarında yox.

Araşdırmanın aparıcısı Robert Beelman bildirir ki, göbələklərin bişirilməsi onların faydalı xüsusiyyətlərinə mənfi təsir etmir, çünki ergotionein yüksək temperaturlara davamlıdır.

Beelman həmçinin əlavə edib ki, ölkələrdə göbələk istehlakı ilə nevrodegenerativ xəstəliklərin səviyyəsi arasında maraqlı əlaqələr müşahidə olunub: İtaliya və Fransada göbələk istehlakı yüksək olduğundan Alzheimer və Parkinson xəstəliklərinin yayılması azdır, ABŞ-da isə göbələk az yeyildiyi üçün xəstəlik səviyyəsi yüksəkdir.

Alimin tövsiyəsinə görə, nevrodegenerativ xəstəliklərin qarşısının alınması üçün gündə cəmi 5 şampinyon kifayətdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim omeqa-3 üçün ən faydalı balıqları açıqladı

Aynur Camal

Pfizer-in yeni preparatı vitiliqo xəstələri üçün ümidverici nəticə göstərdi

Aynur Camal

45 yaşında ağıl dişi çıxması təhlükəlidirmi? – Stomatoloqlardan izah

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu