25 C
Baku
20 İyul 2025, 0:17
Baş xəbərHadisə

Gölköy Anbarında su səviyyəsi yüzdə 53-ə düşdü

Bugun.tv xəbər verir ki,Boluda şəhəri içməli su ilə təmin etmək və əkinçilik sahələrini suvarmaq üçün istifadə edilən Gölköy Anbar gölündə suyun miqdarı azalıb. Ötən ilin oktyabr ayında yüzdə 60 civarında olan su nisbəti bu ilin eyni dövründə yüzdə 53-ə düşüb.

TRT Haber“in məlumatına görə, yaz aylarında Abant və Mudurnu çaylarının debitlərinin artması ilə 100 faiz doluluq səviyyəsinə çatan bənd gölündə suyun səviyyəsi havanın temperaturunun mövsüm normalarından yüksək olması və əkin sahələrinin suvarılması nəticəsində aşağı düşüb.

Gölün bəzi hissələrinin sahillərində sular çəkildikcə yeni sahələrin yaranması suyun səviyyəsinin azalmasının miqyasını göstərdi.

DSİ 53-cü Şöbə Müdirliyi rəsmiləri biçin mövsümü başa çatdığı üçün əkin sahələrində suvarmaya ehtiyac olmadığını və şəhərin içməli su ilə təmin olunmasında heç bir problem olmayacağını qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Baş Qərargah rəisi Halevi İrandan açıqlama verdi

Aynur Camal

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi

Aynur Camal

Davanı dağıtmağa çalışan polis məmuru bıçaqla yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu