27 C
Baku
21 Sentyabr 2026, 20:40
Baş xəbərHadisə

Hamburq hava limanında girov böhranı: Bütün uçuşlar dayandırıldı

Bugun.tv xəbər verir ki,ötən gecə Hamburq hava limanında silahlı şəxs aprona girərək uşağı girov götürüb. Hava limanında uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb. Polis qrupları girovların vəziyyəti ilə bağlı danışıqları davam etdirir.

TRT Haber“in məlumatına görə, Federal Polis sözçüsü Tomas Gerbert, Alman Xəbər Agentliyi DPA-ya verdiyi açıqlamada, dünən yerli vaxtla saat 20:00 radələrində Hamburq hava limanında silahlı bir şəxsin avtomobili ilə qapını sındıraraq aprona daxil olduğunu açıqladı.

Şübhəlinin silahını iki dəfə havaya atdığını və 2 molotof kokteyli atdığını bildirən Gerbert Hamburq hava limanında təyyarələrin hərəkətinin dayandırıldığı və çoxlu polisin hadisə yerində olduğu məlumatını paylaşıb.

Hamburq polisinin verdiyi açıqlamaya görə, avtomobildə biri uşaq olmaqla 2 nəfər olub.

Hadisənin qəyyumluq mübahisəsi zəminində baş verdiyi iddia edilərkən, bunun girov götürmə hadisəsi olduğu qeyd edilib.

Hamburq hava limanında girov böhranı: Bütün uçuşlar dayandırıldı

Açıqlamada gecə boyu vəziyyətin “statik” olduğu və polisin danışıqlar qrupunun avtomobildə olanlarla əlaqə saxladığı bildirilib.

Hamburq Hava Limanından verilən açıqlamada, hava limanının növbəti xəbərdarlığa qədər bağlı qalacağı və sərnişinlərdən hava limanına gəlməmələrinin istəndiyi bildirilib.

“Bild” qəzetinin məlumatına görə, 4 yaşlı qızını girov götürən 35 yaşlı ata Türkiyəyə getmək istəyir.

Aşağı Saksoniya əyalətində yaşayan ata avtomobili ilə Hamburq hava limanına çatmazdan əvvəl ana polisə zəng edərək ərinin uşaqla hava limanına getdiyini bildirib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Güclü tayfun yaxınlaşır: daşqın və sürüşmə təhlükəsi artır

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu