20 C
Baku
27 Sentyabr 2026, 22:44
Baş xəbər

“Google” 30 milyon avro cərimələndi

Bugun.tv “Reuters”ə istinadla xəbər verir ki, bu operatorun xidmətindən istifadə edən smartfonlarda məcburi “Google” axtarış sistemi quraşdırılıb. Bunun müqabilində operatorlar “Google”nin reklam gəlirlərindən pay alıblar. Lakin, Avstraliyada belə bir təcrübə birbaşa qanunla qadağandır: Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının bəyanatında vurğulanır ki, “rəqabətin məhdudlaşdırılması adətən istehlakçılar üçün məhdud seçimə, şişirdilmiş qiymətlərə və daha pis xidmətə gətirib çıxarır”. “Google” bu arqumentlərlə razılaşmaq məcburiyyətində qalıb və cərimə ödəməyə razılaşıb. Korporasiya həmçinin “Android” telefon istehsalçıları və telekommunikasiya operatorları ilə bağladığı müqavilələrdən axtarış sistemlərinin əvvəlcədən quraşdırılmasına dair bəzi məhdudiyyətləri aradan qaldırmaq öhdəliyi də imzalayıb.

Bugün TV

Oxşar xəbərlər

Vətəni hər şeydən uca tutdular

Aynur Camal

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

27 Sentyabr – Anım Günü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu