İran, ABŞ, MQ-9 Reaper, pilotsuz uçuş aparatı, Hörmüz boğazı, Fars körfəzi, SEPAH, İran-ABŞ müharibəsi
Texnologiya

Google ABŞ versiyasında Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdi

Bugun.tv xəbər verir ki, Google ABŞ-dakı xəritə tətbiqində Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adını “Amerika gölü” kimi göstərməyə başlayıb.

TRT Haber-in məlumatına görə, bu dəyişiklik ABŞ prezidenti Donald Trampın avqustun 27-də Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı prezident sərəncamını imzalamasından sonra həyata keçirilib.

Google açıqlamasında bildirib ki, Google Maps ABŞ-dakı rəsmi hökumət mənbələrində aparılan coğrafi ad dəyişikliklərini tətbiq edir. Buna görə də göl ABŞ-dakı Google Maps istifadəçiləri üçün “Amerika gölü” adı ilə görünəcək.

Kanadadakı istifadəçilər isə gölü əvvəlki adı olan “Ontario gölü” kimi görməyə davam edəcəklər. ABŞ və Kanadadan kənardakı istifadəçilərə isə xəritədə hər iki adın göstəriləcəyi bildirilib.

Google-un qərarı Trampın daha əvvəl “Meksika körfəzi”nin adını ABŞ xəritələrində “Amerika körfəzi” olaraq dəyişdirmək göstərişindən sonra atdığı addımı xatırladıb.

Ontario gölünün adının dəyişdirilməsi ABŞ və Kanada arasında ticarət gərginliyinin yüksəldiyi vaxta təsadüf edib. ABŞ gələn ildən Kanada avtomobilləri, yük maşınları, avtomobil hissələri və poladına tətbiq olunan gömrük rüsumlarını 50 faizə qaldıracağını açıqlayıb. Kanada da buna qarşılıq verəcəyini bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ məhkəməsi Pentaqonun Anthropic şirkətini qara siyahıya salmasını qanunsuz saydı

Aynur Camal

Dünyada ən çox satılan smartfonlar açıqlanıb – iPhone 17 zirvədədir

Aynur Camal

Meta-nın uşaqların təhlükəsizliyi ilə bağlı razılaşması dünyada yeni qaydalara yol aça bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu